27 Sentyabr – Anım Günü münasibətilə Lənkəranda genişmiqyaslı tədbirlər planı həyata keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və rayon rəsmiləri Milli Qəhrəmanların xatirə abidəsini, Şəhidlər Kompleksini və kəndlərdəki şəhid məzarlarını ziyarət ediblər. Qəhrəmanlarımızın ailələri və qazilərlə görüşlərdən təsirli anlar, saat 12:00-da rayonda gerçəkləşən bir dəqiqəlik sükut və Heydər Əliyev prospektində şəhidlərimizin xatirəsinə 500 ədəd həmişəyaşıl ağacın əkildiyi genişmiqyaslı aksiyadan kadrlar süjetimizdə!















