Azərbaycanlı şair və publisist Xuraman Muradova Özbəkistanın ali ədəbi mükafatı — beynəlxalq Əlişir Nəvai medalı ilə təltif olunub. Fərqanə Dövlət Universitetinin Elmi Şurası tərəfindən verilən bu mükafat qələm sahibinin Türk dünyasının ədəbi-mədəni inteqrasiyasına verdiyi töhfələrə görə təqdim edilib.





















