Azərbaycan lideri bugünkü bəyanatları ilə başçılıq etdiyi dövlətin qüdrətini bir daha dünyaya göstərdi
Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində səsləndirdiyi bəyanatlarla ölkəmizə qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavab verdi.
Dövlət başçısı Azərbaycanın müsbət imicinin üzərinə kölgə salmaq istəyənlərə layiqli mesaj göndərib: “Hər dəfə Azərbaycanda mötəbər tədbirlərin, beynəlxalq konfransların, idman yarışlarının keçirildiyi ərəfədə bəzi dairələr tərəfindən ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyalarının aparılmasının şahidi oluruq. Düz bir ildir ki, COP29-la bağlı da Qərb mediasında və bəzi platformalarda anti-Azərbaycan kampaniyası aparılır. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, paytaxtımızda keçirilən COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə də onların bu arzuları həyata keçməmiş, ürəklərində qalır”.
Azərbaycan lideri bugünkü bəyanatları ilə başçılıq etdiyi dövlətin qüdrətini bir daha dünyaya göstərdi: “Əvvəla onu vurğulayım ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycan COP29-a ev sahibliyi edir. Bu da bizim ölkəyə, onun uzaqgörən dövlət başçısına hörmətin əlamətidir. COP29-un Bakıda keçirilməsi həm də ölkəmizin aparıcı rolunun beynəlxalq miqyasda qiymətləndirilməsi deməkdir”.
COP29-a böyük marağın olduğunu bildirən müsahibimiz deyib: “Hazırda tədbirlə bağlı 196 ölkədən 72 min iştirakçı qeydiyyata alınıb. Onların arasında 80 Prezident, Vitse- prezident və Baş nazir də var. Bu isə onu deməyə əsas verir ki, dünya ölkələrinin liderləri Bakıya toplaşıb. Bəzi Qərb dairələrinin, onların riyakar siyasətçilərinin apardıqları qarayaxma kampaniyalarına baxmayaraq, COP29 Azərbaycanda yüksək səviyyədə öz işini davam etdirir.
Bunun təsdiqini yerli və beynəlxalq medianı izləyərkən BMT əməkdaşlarının, ayrı-ayrı ölkə və dövlət rəsmilərinin səsləndirdikləri fikirlərdən də görmək olar”.
Elşən Əsgərov,
3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Sabirabad rayonu üzrə nümayəndəsi