2024-cü ildə bir günlük müharibə Ukraynaya orta hesabla 142 milyon dollara başa gəlib.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri Maliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ümumilikdə dövlət büdcəsindən müdafiə xərcləri 2,1 trilyon qrivna (51,9 milyard dollar) təşkil edib.
2025-ci ildə bu rəqəmin daha da artacağı və müdafiəyə 2,2 trilyon qrivna (təxminən 55 milyard dollar) ayrılacağı planlaşdırılır. Bu məbləğ, ölkənin ÜDM-nin təxminən dörddə birini təşkil edir və Ukraynanın iqtisadiyyatında ciddi təsirə malik olacaq.