Gilan əyalətinin Ənzəli limanının Venus Ticarət Kompleksinin anbarında güclü yanğın baş verib.
1xeber.media xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, iyulun 22-dən başlayan yanğının söndürülməsinə Qızıl Aypara Cəmiyyətinin helikopteri cəlb olunub.
Ənzəlinin yerli hakimiyyəti yanğının külli miqdarda ziyan vurduğunu bildirib.
Ənzəli Azad Zona Təşkilatının sözçüsü Mehdi Kazimian bildirib ki, yanğının şiddəti və tüstünün yayılması səbəbindən azad zonanın turizm və ticarət sektorlarına gedən bütün marşrutlar bağlanıb və yanğının fəsadlarının tamamilə aradan qaldırılmasına qədər ərazi bağlı olacaq.