Türkiyənin Kocaeli, Bursa, Bartın, Sivas və Adıyaman vilayətlərində meşə yanğınları başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.
Məlumata görə, güclü külək və yüksək temperatur səbəbindən yanğın sürətlə yayılmağa davam edir. Bir neşə yaşayış məntəqəsi risk altındadır.
Sözügedən ərazilərdə yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilələr edilir.