1xeber.media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Rusiya vətəndaşlarının azadlığa buraxılması Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır. Mövzu avqustun 22-də Həştərxanda keçirilən iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclaslarında ətraflı müzakirə olunub", - diplomat vurğulayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi onu da xatırladıb ki, Rusiya vətəndaşlarının konsulluq əməkdaşları tərəfindən artıq iyulun 3, 14 və 23-də Bakı İstintaq Təcridxanasına üç səfəri təşkil olunub:

"Dördüncü görüş üçün sorğu göndərilib, lakin Azərbaycan tərəfi hələlik razılıq verməyib. Biz güman edirik ki, belə razılıq alınacaq".