Argentinanın şimal-qərbində 5,9 bal gücündə zəlzələ baş verib.
1xeber.media xəbər verir ki, bu barədə məlumat Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, təbiət hadisəsi 512 min nəfər əhalisi olan Salta şəhərindən 186 km qərbdə baş verib. Ocağın dərinliyi 192 kilometr olub.
Hadisə nəticəsində ölən və yaralanan barədə məlumat daxil olmayıb.