Ukraynanın “Fire Point” silah istehsalçısı 2025-ci ilin sonuna qədər Danimarkanın Voyens şəhərində zavod açacaq.
1xeber.media xəbər verir ki, bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen məlumat yayıb.
Məlumata görə, zavod əsasən raket yanacağı istehsal edəcək və bu, Ukrayna silah sənayesinin NATO ölkəsinə ilk genişlənməsi olacaq.
“Fire Point” döyüş dronları və “Flaminqo FP-5” kimi qanadlı raketlər istehsal edir.