Gürcüstan parlamenti qarşısında hökumət əleyhinə növbəti etiraz aksiyası başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Etirazçılar parlamentin yerləşdiyi Rustaveli prospektini bağlayıblar.
Xatırladaq ki, Tbilisidə etirazlar noyabrın 28-də Baş nazir İrakli Kobaxidzenin Gürcüstanın 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqları dayandırmasından sonra yenidən başlayıb.