1xeber.media xəbər verir ki, Rusiya nüvə doktrinasını sərtləşdirmir, əksinə təkmilləşdirir. Bu barədə Rusiya prezidenti Vladimir Putin dekabrın 10-da Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının (İHŞ) iclasında bildirib.“Biz nüvə doktrinasını sərtləşdirmirik, onu təkmilləşdiririk”, - dövlət başçısı qeyd edib.
Bundan əlavə, Putin aydınlaşdırıb ki, Rusiya hazırda nüvə doktrinasını deyil, “Oreşnik” raket sistemini təkmilləşdirməlidi. Rusiya lideri həmçinin əlavə edib ki, kifayət qədər sayda müasir silah sistemləri praktiki olaraq nüvə silahının istifadəsini əvəz edir.“Ona görə də biz bütün istiqamətlərdə kifayət qədər ehtiyatlı davranırıq, hətta təmkinlə deyərdim. Amma lazım gəldikdə biz həm dövlət səviyyəsində, həm də burada yaşayan və övladlarının burada yaşamasını istəyən Rusiya Federasiyası vətəndaşları səviyyəsində lazımi iradə nümayiş etdiririk”, - Rusiya prezidenti əlavə edib.