1xeber.media xəbər verir ki, Kremldə keçirilən müşavirədə ötən gün Dneprə atılan "Oreşnik" raketi ilə bağlı müzakirələr aparılıb. Buraxılışın uğurlu alındığı və bundan sonra da hücumların davam etdiriləcəyi vurğulanıb.
Putin müşavirədə qeyd edib ki, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraiti də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.
"Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı sistem yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”, - Putin vurğulayıb.
O, həmçinin “Oreşnik” sisteminin seriyalı istehsalı ilə bağlı qərar qəbul edildiyini və praktiki olaraq təşkil olunduğunu vurğulayıb.
Qeyd edək ki, Rusiya ötən gün Dneprə “Oreşnik” ortamənzilli hipersəs ballistik raketi ilə zərbə endirib.