Suriyada Əsəd rejiminin süqutundan sonra minlərlə suriyalı ölkələrinə qayıtmaq üçün hazırlıqlara başlayıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, bəzi suriyalılar ölkənin müxtəlif yerlərində avtomobil bazarlarına axışaraq maşınlarını satışa çıxarıblar.
Onlar avtomobillərini satıb ölkələrinə qayıtmağı düşündüklərini bildiriblər.
Qeyd edilir ki, avtomobillər bazar qiymətindən xeyli ucuz satılır.