2024-cü ilin ilk on bir ayının nəticələrinə əsasən, Çin minik avtomobillərinin Rusiyaya tədarükünün ümumi dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz artaraq 13,8 milyard dollara çatıb.
1xeber.media xəbər verir ki, “İnterfaks” bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin (GTU) məlumatlarına istinadən xəbər verir.Minik avtomobillərinin tədarükünün artması ilə yanaşı, onlar üçün komplektləşdirici hissələrin ixracı da xeyli artıb. Departamentin məlumatına görə, hesabat dövründə Çin Rusiyaya avtomobil hissələrinin ixracını 29,3 faiz artıraraq, pul ifadəsində 2,39 milyard dollara çatdırıb.