ABŞ Prezidenti Co Bayden ölkə ordusuna Ukraynaya silah tədarükünü artırmağa davam etməyi əmr edib.
Bu barədə Co Baydenin açıqlamasında bildirilib.
"Son aylarda ABŞ Ukraynaya yüzlərlə raket əleyhinə vasitə göndərib və daha çoxunu çatdırır. Mən ABŞ Müdafiə Nazirliyinə Ukraynaya silah tədarükünü davam etdirməyi tapşırmışam və Birləşmiş Ştatlar Ukraynanın mövqeyini gücləndirmək üçün yorulmadan işləməyə davam edəcək", - deyə ABŞ Prezidenti qeyd edib.