Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra minlərlə insanın işgəncələrlə həyatını itirdiyi Sednaya həbsxanası ən çox müzakirə edilən yerlərdən biri olub
Suriyalılar tərəfindən “insan qəssabxanası” kimi təsvir edilən Sednaya Həbsxanası 1987-ci ildə tikilib və hərbi personalın saxlanılması üçün nəzərdə tutulub. Ancaq sonradan əsasən siyasi məhbusların və hökumət əleyhdarlarının saxlanıldığı bir həbsxanaya çevrilib. 1,4 kvadrat kilometrlik həbsxanaya ilk məhbuslar 1987-ci ildə Bəşərin atası Hafiz Əsədin hakimiyyətinin 16-cı ilində aparılıb. Tam fəaliyyətə başlayanda həbsxananın iki təcridxanası olub.
1xeber.media xəbər verir ki, AzTV-də insanlığın ən dəhşətli üzünün göründüyü Sednaya həbsxanasından görüntülər təqdim edilib.
Əsəd rejiminin dəhşətlərini yaşamış keçmiş məhbus AzTV-yə dəhşətli detallar açıqlayıb.
Sözügedən görüntüləri təqdim edirik: