Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Baş nazir səfər çərçivəsində Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində iştirak edəcək.
1xeber.media erməni KİV-ə istinadən xəbər verir ki, əvvəlcə sammitin panel müzakirələrində Qarabağda ləğv edilmiş separatçı "Artsax" rejiminin ombudsmanı Geqam Stepanyanın da iştirakı nəzərdə tutulubmuş. Paşinyanın iştirakından sonra, Stepanyanın adı panel müzakirəsinin proqramından çıxarılıb.