Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra dünya siyasətində böyük dəyişikliklərin baş verdiyini bildirib.
1xeber.media xəbər verir ki, o, Trampın prezidentlik dövrüünün sürətli və təsirli başladığını diqqətə çatdırıb.
Orban qeyd edib ki, Tramp cəmi 14 gündə dünyanı xeyli dəyişib:
"İndidən dünyanı alt-üst edib. Dekabrdan bu yana qədər dünya xeyli dəyişib. Məqsədimiz Brüsseldəki bürokrartların nə düşünməsindən asılı olmayaraq, Macarıstanın bu dəyişikliklərdən qazanclı çıxmasını təmin etməkdir".