Polşa Avropa İttifaqının (Aİ) miqrasiya paktına əməl etməkdən və miqrantları qəbul etməkdən imtina edir.
1xeber.media xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Polşa əlavə miqrant kvotası nəzərdə tutsa, miqrasiya paktına əməl etməyəcək.
Polşa hökumətinin başçısı qeyd edib ki, bu mövqe Avropa Komissiyası (AK) tərəfindən başa düşülür, çünki Varşava xüsusi vəziyyətdədir və Ukraynadan 2 milyona yaxın qaçqını qəbul edir.
Tusk vurğulayıb ki, Polşa qeyri-qanuni miqrasiya ilə mübarizə aparmağa hazır olan hər kəslə əməkdaşlığa hazırdır, lakin artıq öz üzərinə həddən artıq yük götürdüyü üçün bundan sonra heç bir öhdəlik götürməyəcək.
Bundan əvvəl Polşanın daxili işlər naziri Tomaş Siemonyak Varşavanın yeni miqrantları qəbul etməyəcəyini bildirmişdi. O əlavə edib ki, Polşa hökuməti də buna görə Avropa İttifaqının tətbiq etdiyi cərimələri ödəməyəcək.