ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna lideri Vladimir Zelenski də Rusiya prezidenti Vladimir Putin kimi sülh istəyir.
1xeber.media xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində danışıb.
“O, prezident Putin kimi sülh istəyir. “Biz müharibə ilə bağlı bir çox mövzuları müzakirə etdik, lakin əsasən cümə günü Münhendə vitse-prezident J.D.Vans və dövlət katibi Marko Rubionun başçılıq etdiyi nümayəndə heyəti ilə planlaşdırılan görüşü müzakirə etdik”, Tramp yazıb.
Bundan əvvəl Tramp Putinlə telefon danışığı apardığını bildirmişdi. Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya lideri ilə söhbət çox məhsuldar olub. Siyasətçilərin müzakirə etdiyi mövzular arasında Ukraynada sülh yolu ilə nizamlanma, Yaxın Şərqdəki vəziyyət, enerji sektorunda problemlər və bir sıra başqa mövzular olub.