ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışdıqdan sonra Ukrayna lideri Vladimir Zelenskiyə zəng edəcəyini bildirib.
1xeber.media xəbər verir ki, siyasətçinin sözlərini Reuters paylaşıb.
Bundan əvvəl Tramp Putinlə telefon danışığı apardığını bildirmişdi.
Ağ Ev rəhbərinin sözlərinə görə, Rusiya lideri ilə söhbət “çox məhsuldar olub”. Siyasətçilərin müzakirə etdiyi mövzular arasında Ukraynada sülh yolu ilə nizamlanma, Yaxın Şərqdəki vəziyyət, enerji sektorunda problemlər və bir sıra başqa mövzular olub.