Hazırda Ağ Evdə baş tutan görüşdə Ukrayna lideri Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Vens arasında mübahisə yaşanır.
1xeber.media axar.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntüləri Ukrayna mediası yayıb.
Dialoqdan bəzi hissələr:
Vens: Mən ölkənizi məhv olmaqdan saxlayan diplomatiyadan danışıram. İndi sizdə adam qıtlığı var…
Zelenski: Siz Ukraynada olmamısınız!
Vens: Mən tarixini (müharibə tarixini – red.) görürəm, Ukrayna xalqının başına gələnləri görürəm. Görürəm ki, orduya adam tapa bilmirsən. Siz bizim idarəmizə hücum edə bilməzsiniz.
Tramp Zelenskiyə: Sizin bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli mövqedə deyilsiniz.
Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya Müharibəsinin astanasındayıq, amma siz ABŞ-a və mənə hörmət etmirsiniz. Ya razılaşırsınız, ya da biz gedirik!
İndi heç bir kartınız yoxdur. Bizə deyə bilməzsiniz: “Mən bunu istəyirəm, bunu istəmirəm”.
Tramp: Əgər bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi.
Zelenski: Bu sözləri Putindən eşitmişəm!