Rusiya prezidenti Vladimir Putin zarafatla ABŞ prezidenti Donald Trampla danışıqlar məsələsində mətbuat katibi Dmitri Peskova qulaq asmamağı tövsiyə edib.
1xeber.media xəbər verir ki, O, bu barədə “Komsomolskaya Pravda”nın yayımladığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) bürosu ilə görüşü zamanı bildirib.
"Peskova qulaq asmayın, bu, onun işidir" deyən dövlət başçısı ABŞ prezidenti ilə nə vaxt telefon danışığı aparacağı ilə bağlı suala təbəssümlə cavab verib.
Daha əvvəl Peskov bildirib ki, Putinlə Tramp arasında söhbət çərşənbə axşamı, martın 18-i, Moskva vaxtı ilə saat 16-00-da gözlənilir. Nümayəndə əmin edib ki, Kreml dövlət başçıları arasında telefon danışığının nəticələri barədə operativ məlumat verəcək. Onun sözlərinə görə, iki liderin söhbəti ikitərəfli münasibətlərin bərpasına yönəlib və dünyanın yenidən bölünməsinə dair bir növ “yeni Yalta konfransı” deyil.