ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başa çatıb.
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Telefon danışığı 3 saata yaxın davam edib.
Sonuncu dəfə liderlər fevralın 12-də telefonla danışıb.
**ABŞ Prezident Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Qeyd olunub ki, telefon danışığı bir saat yarım əvvəl başlayıb və hələ də davam edir.
“Prezident Tramp Oval kabinetdədir. O, ABŞ vaxtilə saat 10:00-dan (Bakı vaxtilə 18:00 – red.) Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışır. Danışıqlar yaxşı keçir və hələ ki davam edir”, – ABŞ Prezidentinin köməkçisi Den Skavino bildirib.