Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında telefon danışığı başa çatıb.
1xeber.media xəbər verir ki, bu barədə martın 18-də Ağ Evə istinadən Sky News məlumat yayıb.
Danışıqların təxminən saat yarım davam etdiyi qeyd edilir.
Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında "Söhbət bitdi" dedi.
Liderlər arasında əvvəlki söhbət fevralın 12-də baş tutub. Peskovun o zaman xəbər verdiyi kimi, iki ölkə liderləri bir çox mövzuları, o cümlədən Ukrayna münaqişəsinin həllini müzakirə ediblər. Tramp da öz növbəsində Putinlə Vaşinqton və Moskvanın birlikdə işləməkdən böyük fayda əldə edə biləcəyi ilə razılaşdığını paylaşıb.