Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi hərbi ittifaqın yaradılmasını nəzərdə tutmur və hərbi yardım göstərmək öhdəliklərini ehtiva etmir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
Diplomat vurğulayıb ki, sənəd ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə yönəlib:
“Saziş İranla hərbi ittifaqın yaradılması demək deyil və bir-birinə hərbi yardım göstərilməsini nəzərdə tutmur”.