Polşa “sadəlövhcəsinə həmrəylik nümayiş etdirmək” deyil, Ukraynadan pul qazanmaq niyyətindədir.
1xeber.media xəbər verir ki, Polşanın baş naziri Donald Tusk bu barədə aprelin 14-də Avropa Yeni İdeyalar Forumunda bildirib.
"Bu, Polşanın həmrəylik nümayiş etdirməsi, digərlərinin isə, məsələn, Ukraynanı bərpa etməklə pul qazanması olmayacaq. Biz həmrəy olacağıq və bundan pul qazanacağıq", - Tusk vurğulayıb.
O, həmçinin bildirib ki, Polşa Polşa sahibkarlarının maraqlarına “amansız və eqoistcəsinə” baxmalıdır. Tusk bəzilərinin bu yanaşmanı iqtisadi diktatura adlandırmasından utanmadığını vurğulayıb.