Almaniya hökuməti Ukraynaya 66 MRAP zirehli texnikası, həmçinin pilotsuz uçuş aparatları (PUA) daxil olmaqla yeni yardım paketi təqdim edib.
1xeber.media xəbər verir ki, bu barədə Almaniya Federal Hökumətinin saytında məlumat verilib.
Bu tranşa 66 MRAP zirehli maşını, dörd Diehl Müdafiə maşını, 27 min 155 millimetrlik artilleriya mərmisi və 1 min 122 millimetrlik top mərmisi daxil olduğu bildirilir. Həmçinin Gepard özüyeriyən zenit silahı üçün 8 min patron da təhvil veriləcək.
Bundan əlavə, Almaniya 70 kəşfiyyat və 150 hücum pilotsuz uçan aparatı, bir neçə zirehli texnika, həmçinin minalardan təmizləmə üçün zirehli maşınları ehtiyat hissələri və üç Zuzana 2 özüyeriyən artilleriya qurğusu (SAU) ilə təhvil verib.