Bakıda açıq görüntüləri yayılan qızın atasının ürəyi partlayıb öldü
Gənc qızı özündən asılı vəziyyətə salaraq, onu cinsi istismara məruz qoyan 54 yaşlı Salyan sakininin məhkəməsi başa çatıb. İşə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində baxılıb.
1xeber.media xəbər verir ki.1969-cu il təvəllüdlü Rövşən Məmmədov Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə təqsirli bilinib.
Belə ki, Rövşən Bakı şəhər Nəsimi rayonu ərazisində avtomobilini sığortalatdırarkən orada çalışan gənc qız – Səmayə (ad şərtidir) ilə tanış olub. Bundan sonra onların arasında münasibət yaranıb və görüşməyə başlayıblar. Növbəti görüşlərin birində Rövşən qızın intim görüntülərini lentə alıb və daha sonra bu görüntülərlə onu şantaj edərək təkrar görüşlərə məcbur edib.
Qeyd edək ki, Səmayənin Rövşənlə münasibəti pozmasından sonra o, qızın görüntülərini ailəsinə və digər yaxınlarına göndərib. Səmayənin atası bundan xəbər tutanda ürəyi partlayaraq ölüb.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində Səmayə Rövşənə ağır cəza verilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə Rövşən Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib. / Publika.az