Qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsipləri üzərində qurulan Azərbaycan-Çin arasında münasibətlərə nəzər saldıqda görə bilərik ki, bu iki dövlət arasında mövcud əlaqələr beynəlxalq münasibətlər sistemində müəyyən mənada örnək mahiyyət daşıyan bir münasibətlər səviyyəsindədir. Nə üçün? Çünki burada həm geosiyasi nöqteyi-nəzərdən, həm
də geoiqtisadi baxımdan bu münasibətlər kifayət qədər starateji tərəfdaşlıq prinsipləri üzərində köklənmiş münasibətlərdir. Məhz bu mövqedən çıxış edərək tam əminliklə deyə bilərik ki, həm Azərbaycan Çin, həm də Çin Azərbaycan üçün arxalana biləcək önəmli tərəfdaşlardan biridir.
Bu ölkələr arasında diplomatik münasibətlər tarixinə nəzər saldıqda görərik ki, təqribən 33 ildir ki, bu münasibətlər qurulub. Daha doğrusu Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin qurulması 1992-ci ilə təsadüf edir. Hətta bir qədər də əvvələ nəzər saldıqda görə bilərik ki, Çin Xalq Respublikası faktiki olaraq 1991-ci ilin dekabrın 27-də Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb, müstəqilliyimizi tanıyan ilk respublikalardan biri olubdur. Sonrakı mərhələdə diplomatik əlaqələr 1992-ci il aprel ayının 2- də qurulub və nəhayət həmin ilin avqust ayında Azərbaycan Respublikasının Çində səfirliyi fəaliyyətə başlayıb.
Azərbaycan-Çin münasibətlərinin ayrı-ayrı aspektlərinə nəzər saldıqda görə bilərik ki, bu iki ölkə arasında siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlıq günü-gündən genişlənməkdədir. Beynəlxalq məsələlərin qarşılıqlı fəaliyyətin gücləndirilməsində həmçinin regional və qlobal sülh sabitliyinin və inkişafı fəaliyyətin birgə irəli aparılmasında bu iki dövlət bir mövqedə çıxış edir, bu maraqlar qarşılıqlı əlaqələr və qarşılıqlı təminolunma prinsipləri
əsasında həyata keçirilir və bunun əsasında da olduqca vacib məsələlər yəni bu iki ölkə arasında məsələlərin məhz bu səviyyədə strateji tərəfdaşlıq səviyyəsində olmasını təmin edən qarşılıqlı etimadın olmasında irəli gələn məsələdir. Çünki qarşılıqlı etimad olduğu təqdirdə sağlam və sabit inkişaf dinamikasını qoruyub saxlamaq olur. Yəni bu iki dövlət arasında bu iki vacib prinsipal məsələlər bu və ya digər formada özünü büruzə verməkdədir.
Azərbaycan və Çin arasında siyasi əlaqələr kifayət qədər sıxdır və olduqca vacib məsələ odur ki, bu münasibətlər ardıcıl olaraq inkişaf edir və hər dəfə də yeni-yeni çalarla zənginləşib və nəticə etibarilə iki ölkənin əsas və uzunmüddətli maraqları məhz həmin və ardıcıl şəkildə inkişaf edən əməkdaşlıq və tərəfdaşlıq əsasında da təmin olunmuş olur. Sülhün, sabitliyin sosial iqtisadi tərəqqinin təmin olunması eyni zamanda məhz bu iki dövlət
arasında həmin o münasibətlərin geniş səpkidə qurulmasından və inkişaf etdirilməsindən irəli gəlir və təbii ki, dünyanın 2-ci böyük iqtisadiyyatında qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik olan Çin Xalq Respublikası ilə münasibətlərin bu şəkildə inkişaf etdirilməsi həm
də Azərbaycan üçün müəyyən mənada qürurvericidir. Belə ki, dəfələrlə beynəlxalq platformalarda təmsil olunan və yüksək tribunalardan çıxış edən Çin rəsmiləri öz ölkəsinin Azərbaycanla bağlı olan xarici siyasət kursuna xüsusi önəm veriblər və hər zaman bu siyasəti bərabərlik prinsipləri əsasında və maraqların qarşılıqlı şəkildə təmin olunması şəklində büruzə verdiyini və daim inkişaf etdirilməsində maraqlı olduğunu ifadə ediblər. Bu baxımdan da təbii ki, Azərbaycan-Çin münasibətlərinin genişlənməsi, dərinləşməsi hər iki ölkənin siyasi rəhbərliyinin xüsusi diqqət mərkəzində olan məsələlərdən biridir. 2019-cu ilin aprelində Pekində keçirilən “Bir kəmər bir yol” beynəlxalq forumda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev həmin səfər çərçivəsində iqtisadiyyat, sənaye, investisiya sahələrini əhatə edən on mühüm sənədə imza atmışdır və sənədlərin hər birinin
spesifikasına nəzər saldıqda görürük ki, faktiki olaraq bugünkü dövlət arasında olan ticarət dövriyyəsinin kifayət qədər yüksək həddə olması digər bir tərəfdən qarşılıqlı investisiya yatırımlarının edilməsi baxımından olduqca vacibdir və əgər “Bir kəmər bir yol” konsepsiyasına nəzər salsaq Azərbaycan üzərindən keçən orta dəhliz konsepsiyasının tam uğurlu şəkildə reallaşması hansıki “Bir kəmər bir yol” ideyasının əsas seqmentlərindən biri
kimi də dəyərləndirilə bilər.
Yəni bu baxımdan təbii ki, Azərbaycanla Çin arasında münasibətlər həm də Azərbaycan üzərindən Şərqlə Qərbi əlaqələndirən böyük nəqliyyat layihələrinin reallaşmasına xidmət edən bir məsələdir. Böyük enerji və infrastruktur layihələrinin reallaşdırılması, informasiya texnologiyalarının mənimsənilməsi, kənd təsərrüffatının inkişaf etdirilməsi üçün yeni imkanları və perspektivləri açan bir əməkdaşlıq formasıdır. Və təbii ki, nəqliyyat-logistika məsələləri, qeyd etdiyim kimi, “Bir kəmər bir yol” layihəsinin mühüm bir hissəsi olan orta dəhliz infrastrukturunun inkişafına xidmət eliyən bir
siyasəti özündə ehtiva edən bir təşəbbüsdür. Və bu da Şərqlə Qərbi əlaqələndirməklə yanaşı həm də Mərkəzi Asiya Respublikalarına Avropanı əlaqələndirən Çinlə Avropa birliyini uzlaşdıran və bir çox məsələyə daha çox qlobal yanaşdıqda geosiyasi əhəmiyyət daşıyan
Avrasiya qitəsində enerji təhlükəsizliyinin təmin olunması üçün çox böyük zəmin yaradan çox vacib əməkdaşlıq və tərəfdaşlıq formalarından biridir.
Azərbaycanla Çin arasında olan münasibətlər məhz Orta Dəhliz layihəsi Çindən Mərkəzi Asiyayla Avropanı əlqələndirən bir körpü funksiyasını yerinə yetirir. Təbii ki, burada olduqca vacib məsələ həm də 2023-cü il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul
olunmasını xüsusilə eyd edə bilərik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının sədri Si Cinpinin iştirakı ilə ölkələr arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair birgə bəyannamənin əbul olunmasını xüsusilə qeyd edə
bilərik. Çünki bu mühüm sənəddə bu iki ölkə arasında əməkdaşlığın gələcəkdə də genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki ölkənin ümumi maraqlarının birlikdə müdafiə olunması, həmçinin regional və qlobal sülh, sabitlik və
inkişaf fəaliyyətinin birgə təşviq edilməsi məsələləri açıq yer alıb. Yalnız bu müddəalar tam deməyə əsas veri ki, müasir dövrdə iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər yüksək səviyyədə təmin olunan qarşılıqlı etimadın və etibarın bariz göstəricisidir. Çinin Azərbaycanla bağlı xüsusilə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunmasına, BRİCS-ə qoşulma təşəbbüsünü də dəstəkləyən tərəf qismində çıxış
etməsi bizim üçün olduqca önəmlidir. Nəzərə alsaq ki, iki dövlət arasında statistik rəqəmlərə diqqət yetirsək görərik ki, ticari dövriyyə artan templə davam etməkdədir və bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti fəaliyyət göstərir. Onlar sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat xidmət sahələrində aktiv iştirak edirlər. Nəzərə alsaq ki, Çindən Azərbaycana təxminən 1 mld. dollar Azərbaycandan Çinə 300 milyon dolar investisiya qoyulub.
Bu kifayət qədər böyük bir investisiya portfelinin olmasından xəbər verir. Hətta bunu, xüsusilə turizmin inkişafı və işgüzar fəaliyyətin artırılması nəzərə alan Azərbaycan 2024-cü ildən etibarən 2025- ci ilin iyulun 20-dək bir il ərzində Çin vətəndaşlarına münasibətdə vizasız rejimi birtərəfli
ğ qaydada tətbiq etdi. Təbii ki, bu turizm, mədəniyyət və digər sahələrdə də əməkdaşlığın genişlənməsinə xidmət eliyən bir məsələdir. Yaxın vaxtlarda gözlənilir ki, iki ölkə arasında vizasız gediş-gəliş rejiminin tətbiq olunmasına dair qərar əbulı olunsun. Bu isə nəticədə
Azərbaycanla Çin arasında turist axınının artmasına kömək edəcək və bununla da iqtisadi, humanitar və mədəni əlaqələr genişlənməsi üçün yeni imkanlar açılacaq.
Bütövlükdə Azərbaycan və Çin arasında enerji və texnologiya sahəsində əməkdaşlıq kifayət qədər artan templərlə inkişaf edir. Bir çox sahələrdə biz Çin şirkətlərinin fəaliyyətini görə bilirik. Təbii ki, Azərbaycan üçün bu iki dövlət arasında əməkdaşlıq iqtisadiyyatın diversifikasiyası və texnoloji inkişafın daha səmərəli şəkildə qurulmasına xidmət edən bir münasibətlər kimi də dəyərləndirilə bilər. Tam əminliklə deyə bilərik ki, bu münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət edir. Regional sabitlik və inkişaf üçün mühüm əhəmiyyət kəsb edir.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi