Rusiya Ukraynadan fərqli olaraq böyük hərbi gücə malikdir.
1xeber.media bunu ABŞ prezidenti Donald Tramp H sosial şəbəkəsində dərc olunan jurnalist Qlen Beklə müsahibəsinə istinadən xəbər verir.
"Rusiya çox böyük hərbi gücdür, Ukrayna isə deyil", - Amerika prezidenti qeyd edib.
Tramp münaqişəni “çox pis” adlandırıb və “əslində buna son verdiyini” deyib.
Ağ Ev rəhbəri daha əvvəl Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə ünsiyyəti müqayisə edərək, Putinlə rəftar etməyin daha asan olduğunu qeyd edib.