18 yaşlı qız dəm qazından öldü - Foto
Noyabrın 18-də Hövsan qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1xeber.media Titul.az-a istinadən xəbər verir ki, 18 yaşlı Məmmədova Məlahət Zaur qızı yaşadığı evdə faciəvi şəkildə dünyasını dəyişib.
Bildirilir ki, vəfat edən qız Xocalı faciəsinin qurbanlarından olan, dəfələrlə Xocalı həqiqətləri ilə bağlı şahidi olduğu, başına gələn tükürpədici faktlarla bağlı müsahibələr vermiş Fitat Məmmədovanın nəvəsidir.