Brüssel etiraf edir ki, Kaja Kallas Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsinə təyin edilərkən səhvə yol verib.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bildirib.
"Kaja Kallas Avropa İttifaqındakı böhranın görünən təzahürüdür", - SVR mətbuat bürosundan bildiriblər.
SVR-ə daxil olan məlumata görə, Brüssel Kallasın hazırkı vəzifəsinə təyin edilməsində səhv etdiyini etiraf etməyə başlayıb.
SVR həmçinin vurğuladı ki, Avropa Komissiyası Kallasın əksər Aİ ölkələrinin liderləri ilə işgüzar əlaqələr qura bilmədiyi qənaətinə gəlib.
Bundan əvvəl Kallas rusofobiya ilə bağlı suala birbaşa cavab verməmişdi. O qeyd edib ki, siyasətçilər mütəmadi olaraq tənqid olunur və bundan qorxanlar bu işlə məşğul ola bilməzlər.