İsrail Müdafiə Qüvvələri (IDF) İranın Natanzdakı uranın zənginləşdirilməsi obyektinə növbəti dəfə hücum edib.
1xeber.media xəbər verir ki, bu barədə iyunun 13-də “Avatoday” məlumat yayıb.
Nəşr X sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) yazıb: “İsrail Müdafiə Qüvvələri (IDF) növbəti dəfə İsfahan əyalətinin Natanz şəhərində uranın zənginləşdirilməsi obyektinə zərbələr endirib.
Bildirilir ki, İsrailin kütləvi hücumlarının yeni dalğası İranın hava məkanı bağlı olduğu bir vaxtda baş verir.