Kipr NATO-ya daxil olmağı planlaşdırır
Kipr Respublikasının NATO-ya daxil olması planları oktyabrın sonunda ada dövlətinin prezidenti Nikos Xristodulides və ABŞ prezidenti Co Bayden arasında keçirilən görüşdə müzakirə edilib.
Bu barədə Yunanıstanın “Katimerini” qəzeti noyabrın 24-də məlumat yayıb.“Bu, Vaşinqton tərəfindən artıq qəbul edilmiş, bir-birindən asılı olan bir neçə mərhələdən ibarət təfərrüatlı, düşünülmüş, uzunmüddətli plandır”, - nəşr yazır. Qeyd olunur ki, Xristodulides Avropa Siyasi Birliyinin Budapeştdə keçirilən sammitində NATO-nun baş katibi Mark Rutteyə dövlətin mərhələli şəkildə NATO-ya daxil olması planını da təqdim edib.Eyni zamanda, qəzet yazır ki, Kiprin alyansa daxil olması birbaşa Kipr münaqişəsinin həllindən və Türkiyə ilə münasibətlərin yaxşılaşmasından asılı olacaq.