"Rusiya nümayəndə heyətinin təyyarəsi Moskvadan Türkiyəyə uçub", - "İnterfaks"ın aviasiya xidmətlərindəki mənbə bildirib.
1xeber.media xəbər verir ki, Oxşar mesaj xəbər lentində də yer alıb. "Onlar gediblər", - agentliyin mənbəsi bildirib.
KİV-in məlumatına görə, danışıqlar çərşənbə günü axşam İstanbulda baş tutacaq. Danışıqların rəsmi tarixi və vaxtı hələlik təsdiqlənməyib.
Bu, danışıqların üçüncü raundu olacaq. İkincisi isə iyunun 2-də baş tutub.