Danışıqların üçüncü raundunda Ukrayna nümayəndələri ilə söhbət çox çətin olacaq.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Təbii ki, heç kim belə asan yol gözləmir. Təbii ki, bu, çox çətin söhbət olacaq", - Peskov bildirib.
Onun sözlərinə görə, söhbətin çətinliyi digər məsələlərlə yanaşı, münaqişənin həlli ilə bağlı Rusiya və Ukraynanın diametral şəkildə əks memorandumlarındadır.
Daha əvvəl Peskov bildirib ki, İstanbulda Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib, ona hələ də Rusiya prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edir.