1xeber.media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bütün hüquq-mühafizə və korrupsiyaya qarşı mübarizə orqanlarının rəhbərlərini bir araya toplayıb və bu barədə teleqramda birgə foto yayımlayıb.
Baş prokuror müşavirədə olub.
Bir gün əvvəl Zelenski Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Büro və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun Baş prokurora tabe olacağı qanunu imzalayıb.
Kiyevdə və digər şəhərlərdə ötən gecə Ali Radanın qəbul etdiyi və prezidentin imzaladığı düzəlişlərə qarşı kortəbii etiraz aksiyaları keçirilib.
"Mən bugünkü görüşümüzün bütün iştirakçılarına: SBU, NABU, SAP, NAPC, DBR, DİN və Baş prokurora minnətdaram. Komanda şəklində işləmək istəyinizə görə təşəkkür edirəm", - Zelenski bildirib.
"Biz hamımız cəmiyyətin nə dediyini eşidirik. Biz insanların ədaləti və hər bir qurumun effektivliyini təmin etmək üçün dövlət qurumlarından nə gözlədiyini görürük", - o əlavə edib.
Zelenski birbaşa etirazları qeyd etməyib.