ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Moskvada xidməti zamanı danışıqlar aparatlarını məhv edib.
1xeber.media xəbər verir ki, bunu Gazeta.ru-ya müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Səfir kimi Makfol danışıqlar alətlərini məhv edərək və daxili işlərə qarışmaq üçün çılğın ictimai ritorika tətbiq edərək, sözün əsl mənasında Amerika diplomatiyasının “Terminatoru”na çevrildi”, - Zaxarova qeyd edib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi Makfolun Rusiya xarici işlər naziri Sergey Lavrovun guya “diplomat deyil” və tutduğu vəzifəyə görə “çox döyüşkən” olması ilə bağlı sözlərini belə şərh edib.
Bir müddət əvvəl Amerikanın keçmiş səfiri Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə münasibətlərinin mürəkkəb olduğunu bildirmişdi.