Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Moskvada Avstriyanın Rusiyadakı səfiri Verner Almhoferi bu ölkədə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə iyulun 23-də Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İyulun 23-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini A.V.Qruşko Avstriyanın Moskvadakı səfiri V.Almhoferi Rusiyada diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib”, - deyə departamentin saytında bildirilir.
Görüş zamanı tərəflər Rusiya-Avstriya münasibətlərinin hazırkı vəziyyətini müzakirə edib və bir sıra praktiki ikitərəfli məsələlərə toxunublar.