Birinci Qarabağ müharibəsində şəhid olan Cavanşir Rüstəmova həsr olunan "Əbədiyyat yolçusu" kitabı nəşr olunub.
1xeber.media xəbər verir ki, kitabın müəllifi Mürvət Məcnunovdur.
Belə ki, "Əbədiyyət yolçusu" kitabı Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda rəşadətli döyüş yolu keçən şəhid Cavanşir Rüstəmovun qəhrəmanlıq dünyası və ömür-gün yolundan bəhs edir.
Qeyd edək ki, şəhid Cavanşir Rüstəmov Qubadlı rayon Xanlıq kənd orta məktəbində müəllim, sonradan Qubadlı rayon icra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb.