Portuqaliya Fələstinin suverenliyini tanıya bilər.
1xeber.media xəbər verir ki, bu barədə Portuqaliya Baş naziri Luis Monteneqronun Ofisi məlumat yayıb.
Bildirilib k, Portuqaliya sentyabr ayında BMT-nin iclasında Fələstin dövlətini tanıyacaq.
Qeyd edək ki, daha öncə Fransa, Böyük Britaniya, Kanada və bir neçə ölkə rəsmi olaraq Fələstini tanıyacaqlarını bəyan ediblər.
Ötən gün də Portuqaliya daxil olmaqla, 15 ölkə Fələstini tanımaq üçün digər dövlətlərə çağırış ediblər.