1xeber.media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres BMT hesabatlarının "nadir hallarda oxunduğunu" və ümumiyyətlə əvvəlkindən daha uzun olduğunu söylədi.
Avqustun 1-də təşkilatın islahatları ilə bağlı brifinqdə Quterreş deyib: "Baxılan beş hesabatdan üçündə təkrarlanan mövzular var və etiraf etməliyəm ki, onlar da uzanır. Onlar 20 il əvvəlki hesabatlardan 40% uzundur. Lakin bu hesabatların çoxu nadir hallarda oxunur".
Baş katibin sözlərinə görə, hesabatların yalnız 5%-i populyarlaşır və 5000 dəfədən çox yüklənir.