ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə Avropa liderləri arasında Berlində keçirilən videokonfrans “Rusiya casusları” tərəfindən telefonların dinlənilməsi qorxusuna görə ən ciddi məxfilik şəraitində keçirilir.
1xeber.media xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
"ABŞ prezidenti Donald Tramp və Federal Kansleriyada digər liderlər arasında videokonfrans üçün ən yüksək təhlükəsizlik səviyyəsi müəyyən edilib. Rusiya casuslarının onları gizli dinləmələri ilə bağlı narahatlıqlar var", - nəşr yazır.
Bildirilir ki, zəng Almaniya kanslerinin “gizli” sayılan dördüncü mərtəbəsində keçirilir. Nəşr qeyd edir ki, məhz burada “situasiya mərkəzi” yerləşir – telefonların dinlənilməsindən qorunan pəncərəsiz otaq.
Bild-in məlumatına görə, vəziyyət mərkəzinə hətta tərcüməçilər də buraxılmayıb və orada yalnız Almaniya kansleri Fridrix Merz və Zelenskinin ən yaxın müşavirləri olacaq. Eyni zamanda, videokonfransın bütün iştirakçılarından görüş başlayana qədər mobil telefonlarını situasiya mərkəzindən kənarda qoymaları xahiş olunub.
Bundan əvvəl Zelenski Rusiya və ABŞ prezidentlərinin Alyaska görüşündən əvvəl “konfrans marafonu” üçün Berlinə gəlib. Bildirilib ki, Ukrayna lideri digər şəxslərlə yanaşı, ABŞ-ın vitse-prezidenti J.D.Venslə də danışıqlar aparmağı planlaşdırır.