1xeber.media xəbər verir ki, Rusiya xüsusi xidmətinin məlumatına görə, əldə etdiyi məlumatlar sayəsində rus hərbçiləri dörd Sapsan istehsal müəssisəsini - ikisi Dnepropetrovskda, ikisi isə Sumi vilayətində vurub.
“Əməliyyat nəticəsində Ukraynanın hərbi-sənaye kompleksinə dəyən ziyan böyükdür və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin apardığı Hörümçək toru əməliyyatının Rusiyaya vurduğu zərərlə müqayisə olunmazdır”, - Rusiya agentlikləri FSB-nin bəyanatına istinadən bildirirlər.
Bəyanatda bunun nə vaxt baş verə biləcəyi göstərilmir. Ukrayna tərəfi FSB-nin bəyanatını şərh etməyib.
Sapsan uzaqmənzilli ballistik raketləri 500-700 km-ə qədər məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub.
FSB-nin qeyd etdiyi “Hörümçək toru” əməliyyatı iyunun 1-də Ukrayna xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Onlar FPV pilotsuz uçan aparatları ilə Rusiyanın dörd aviabazasına irimiqyaslı zərbə endirib, 41-ə qədər strateji aviasiya təyyarəsini məhv edib və ya sıradan çıxarıb (SBU-nun hesablamalarına görə).