Rusiyanın xarici işlər naziri Sergey Lavrov Alyaskaya üzərində “SSRİ” yazılan köynəklə gedib.
1xeber.media xəbər verir ki, bu, “İzvestiya”nın səfərdən yayımladığı görüntülərdə əksini tapıb.
Lavrov Alyaskada avtomobildən enib və otelə daxil olub. Junalistlər ondan daha əvvəl Alyaskada olub-olmadığını soruşublar, XİN başçısı olduğunu bildirib.
Onun geyindiyi köynəyin üzərindəki “SSRİ” yazısı isə müzakirələrə səbəb olub.
Qeyd edək ki, bu gün Moskva saatı ilə 22:30-da Alyaskada ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq.