Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Alyaskada keçiriləcək görüşündə Zəngəzur dəhlizi məsələsi gündəmə gələ bilər.
Bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Viktor Vodolaçki bildirib.
Onun sözlərinə görə, nəqliyyat marşrutu görüşün gündəliyinə daxil edilə bilər.
Vodolaçki bu fikirləri TASS agentliyinə müsahibəsində səsləndirib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə gecə saat 23:00-də ABŞ və Rusiya liderləri arasında görüş keçiriləcək. Soyuq Müharibə dövründən qalan hərbi bazada baş tutacaq danışıqlar Trampın Ağ Evə qayıdışından sonra iki liderin ilk üz-üzə görüşü olacaq.