ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Alyaskaya yollanıb.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi Den Skavino sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, Trampın olduğu təyyarə Endryus hərbi bazasından havaya qalxıb.
Qeyd edək ki, bu gün Alyaska ştatının Ankoric şəhərində ABŞ və Rusiya prezidentləri arasında görüş keçiriləcək.