ABŞ prezidenti Donald Tramp Alyaskaya ilk gələcək və rusiyalı həmkarı Vladimir Putinlə şəxsən görüşəcək.
1xeber.media xəbər verir ki, bu barədə ştatın qubernatoru Mayk Danlivi Fox News-a müsahibəsində bildirib.
“Prezident bazaya gələcək, sonra Rusiya prezidenti yerə enəcək. Danlivi qeyd edib ki, Donald Tramp rusiyalı həmkarı ilə uçuş-enmə zolağında görüşəcək.
Rusiya və ABŞ liderləri cümə günü, avqustun 15-də Alyaska ştatında görüş keçirəcəklər. Danışıqlar Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. Tramp Putinlə görüşmək üçün uçuşdan əvvəl sirli mesaj buraxıb. "YÜKSƏK SAHƏLƏR!!!" dövlət başçısı yazıb.