1xeber.media xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin olduğu təyyarə Alyaskada eniş edib.
Prezident Tu-214 təyyarəsi Ankoric şəhərinə eniş edib. Burada dövlət başçısı amerikalı həmkarı Donald Trampla, o cümlədən Ukrayna münaqişəsinin nizamlanmasına dair danışıqlar aparacaq.
Daha əvvəl CNN kanalının yüksək vəzifəli mənbəsi bildirmişdi ki, Tramp rusiyalı həmkarının Ukrayna ilə bağlı sövdələşməni bağlamaq istəyini görməsə, sammiti vaxtından əvvəl tərk edə bilər.